“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənovun fevralın 17-də Kürdəmir şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
“Qafqazinfo” xəbər verir ki, qəbul fevralın 22-də Yeni Azərbaycan Partiyası Kürdəmir Rayon Təşkilatının binasında keçiriləcək.
Tədbir saat 10:00-da başlayacaq.
Qəbulda Kürdəmir, Ucar və Zərdab rayonlarından sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.Vətəndaşlar qəbul üçün Kürdəmir, Ucar və Zərdab sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.
Son xəbərlər
Son Xəbərlər