“Köçəryan 5 dəqiqəlik fasilə istəyərək təyyarəyə minib qaçmışdı”

koceryan-5-deqiqelik-fasile-isteyerek-teyyareye-minib-qacmisdi
Oxunma sayı: 2249

Milli Məclisin bugünkü iclasında deputat Səməd Seyidov Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı Ermənistanın sonuncu bəyanatına münasibət bildirib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, S.Seyidov bildirib ki, Ermənistan növbəti dəfə təıxribata əl atıb: “Qarabağ Azərbaycandır və nida işarəsi. Bu sadəcə sözlər deyil, fəlsəfədir. Ermənistanın Xarici İşlər nazirinin sonuncu bəyanatı bizim bu fəlsəfəmizə qarşıdır, bu bir təxribatdır. Onlar prezidentlərini deviriblər, parlamentlərini güllələyiblər, insanları türmələrdə çürüdüblər, təki işğal altında olan torpaqlar azad olunmasın, status-kvo dəyişməsin. Danışıqlardan daim qaçıblar, necə ki, Köçəryan 5 dəqiqəlik fasilə istəyərək təyyarəyə minib qaçmışdı. Dünya ictimaiyyəti bunu bilməlidir ki, ermənilər daim danışıqlar prosesini pozmaqla təxribatla məşğul olurlar”.

S.Seyidov bəzi deputatların Xarici işlər naziri Elmar Məmmədyarovu tənqid etməsinə də münasibət bildirib: “Bu məsələnin həlli üçün deputatların fikirləri və tənqidləri ilə bağlı Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələri Milli Məclisin komitələrinin iclaslarında iştirak etsinlər”.