Köçəryan düşmən elan olundu

koceryan-dusmen-elan-olundu
Oxunma sayı: 1564


“Qafqazinfo” Modern.az  saytına istinadən xəbər verir ki, bu sözləri Ermənistan Söz Azadlığı Müdafiə Komitəsinin sədri Aşot Melikyan deyib.

O bildirib ki, keçmiş prezident Robert Köçəryanın rəhbərliyi dövründə “A1” televiziya kanalının bağlanması ilə beynəlxalq təşkilatlar Ermənistanı azad KİV-i olmayan ölkələr siyahısına salırdı.

Aşot Melikyan Robert Köçəryanı mətbuatın düşməni kimi xarakterizə edib:  

“2008-ci ilin 1 mart hadisələrindən sonra Köçəryanın göstərişi ilə bir sıra KİV bağlandı. Fövqəladə vəziyyətin ləğvindən sonra onlar yenidən fəaliyyətə başladı. Ona görə hesab edirəm ki, Köçəryan KİV-in bir nömrəli düşməndir”.  

Qeyd edək ki, Aşot Melikyan Robert Köçəryan haqqında çəkilən filmə münasibət bildirərkən onu tənqid edib. Köçəryan haqqındakı filmdə onun zamanında mətbuatın guya azad olması  haqqında fikirlər bir neçə jurnalistin dilindən səslənir.