Deputat Elman Nəsirov məcburi köçkünlərin azad edilmiş ərazilərə köçürülməsi başa çatandan sonra onlara çatan imtiyazların Qarabağ müharibəsi veteranlarına verilməsini təklif edib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı millət vəkili parlamentin iclasında çıxış edib.
Həmkarı Milli Məclisin komitə sədri Musa Quliyev isə cavabında məcburi köçkünlərin heç bir statusunun götürülmədiyini xatırladıb. O qeyd edib ki, köçkünlər evlərinə qayıdan günə kimi indiyə qədər onlara verilən status və imtiyazların hamısı qalacaq: “O cümlədən, övladlarına şamil edilən statuslardan da yararlanacaqlar”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər