Köhnə çörək zavodunun həyətində yanmış meyiti tapılan kişi “bomj” imiş...

kohne-corek-zavodunun-heyetinde-yanmis-meyiti-tapilan-kisi-bomj-imis
Oxunma sayı: 1816

Şirvanda bir neçə gün əvvəl yanmış halda tapılan meyitin şəxsiyyəti məlum olub.

“Qafqazinfo”nun məlumatına görə, bir neçə gün əvvəl Şirvan şəhərinin Heydər Əliyev prospektində yerləşən köhnə çörək zavodunun həyətində yanmış halda tapılan kişi meyiti 20 gün əvvəl itkin düşən Şirvan sakini, 1974-cü il təvəllüdlü Məmmədov Fikrət Sücəddin oğluna məxsus olduğu aşkarlanıb.

Qeyd edək ki, F.Məmmədov tüfeyli həyat tərzi keçirirmiş.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam edir.

Tural Hüseynli