Köhnə dünya... - Fotosessiya

kohne-dunya
Oxunma sayı: 9281

Elə fotolar var ki, tarixdən bizə yadigardır. Onlara baxan zaman həmin dövr az-çox gözümüzün qarşısında canlanır. 

“Qafqazinfo” xarici KİV-ə istinadən müxtəlif ölkələrdə 20-ci əsrdə çəkilmiş tarixi, rəngarəng fotoları təqdim edir:

Bakı sakinlərinin istirahət günlərindən biri, 1980-1985-ci illər

Yeni Zellandiyadakı fərdi bağların yuxarıdan görünüşü, 1972-ci ilin yanvar ayı

Kaliforniyada imkanlı gənclər hovuz kənarında əylənir, 1940-cı il

Kanadada 2 qadın qayalıqlarda dalğaları izləyir, 1961-ci il

Sekoya Milli Parkında yıxılan ağacın içi oyularaq yol açılıb, 1951-ci ilin may ayı

Londonda qadınlar kraliçanı görmək üçün kirşan qablarının güzgülərindən istifadə edir, 1966-cı ilin iyun ayı

Lübnanlı şəxs sellofanlara qoyduğu balıqları satışa çıxarıb, 1983-cü ilin fevral ayı

Meksikada gənclər ağ qum təpələrinin üstündə əylənir, 1957-ci il

Meksikada işçilər məxmər çiçəyini yığdıqca tarla narıncı rəngdən yaşıla dönür, 1967-ci il

Yapon qadınlar yuyunmaq üçün suya girir, 1928-ci ilin oktyabr ayı

Parisdə Zəfər Tağının yanında qucaqlaşan aşiqlər, 1960-cı il

Lova əyalətində nilufər yığan qızlar, 1938-ci ilin noyabr ayı.

Günel Hacı