​“Köhnə hakim kimi xahiş edirəm, vicdanla işləsinlər”

kohne-hakim-kimi-xahis-edirem-vicdanla-islesinler
Oxunma sayı: 2852

“Hakimlik yeganə vəzifədir ki, qərarlar qanunların aliliyindən əlavə, həm də hakimin vicdanına buraxılır”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Tahir Kərimli Milli Məclisin iclasında bildirib.

“Biz o vaxt qərar qəbul etmişdik ki, heç bir hakim məruzə edə bilməz. Kimsə gəlirdi məruzə eləməyə, deyirdim get vicdanınla qərar ver. Amma səhv etsən, başınla cavab verəcəksən. O vaxt ölüm höküm var idi, hətta əlimi Qurana qoyub and içirdim ki, sizin haqqınızda ölüm hökmünü özüm çıxaracağam.

Bir yaşlı adam, köhnə hakim kimi xahiş edirəm, vicdanla işləsinlər”, - deyə deputat vurğulayıb. 

Zaur Mirzə