“Köhnə sistemdən çıxıb yeni sistemə keçməliyik”

kohne-sistemden-cixib-yeni-sisteme-kecmeliyik
Oxunma sayı: 1392

“Hesablama Palatası il ərzində aralıq dövrlərdə də büdcə vəsaitlərinin qaytarılmasına nail olmalıdır. Əgər lazımdırsa, Hesablama Palatasına əlavə kadr cəlb olunmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu YAP-çı deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, Palata imkanları daxilində fəaliyyət göstərir: “Bəzən imkanları xaricində də müəyyən işlər görür. Ancaq mən strukturda ciddi dəyişikliyin edilməsinin tərəfdarıyam. Biz köhnə sistemdən çıxıb yeni sistemə daxil olmalıyıq. Ölkədə yeni strukturlar yaradılır.  

Palata yoxlama zamanı vəsaitlərin mənimsənilməsini aşkar edir. Tələb qoyulsun ki, bu vəsait geri qaytarılsın. Mənimsəyən də vəsaiti geri qaytara bilmir. Çünki sərf edib. Cəza çəkməyi daha üstün tutur, nəinki vəsaiti büdcəyə qaytarmağı. Ona görə yeni mexanizm olmalıdır. Palatanın yoxlama tədbirləri aylıq da ola bilər. Son nəticədə Hesablama Palatası mənimsənilmiş vəsaiti büdcəyə geri qaytarmağı təmin etməlidir”.

Günel Türksoy