Köhnə tanışlar- - Video

kohne-tanislar-
Oxunma sayı: 1512


“Qafqazinfo” xəbər verir ki, keçən ildən bir -birilərini  yaxşı tanıyan “Real”Madrid  və “Borusia Dortmund” yenidən qarşılaşacaqlar. Ötən ilki turnirdə “Real”Madridi yarımfinal mərhələsindən kənarlaşdıran “Borusia” kral klubunu öz meydanında 4-1 hesabı ilə məğlub edə bilib. Robert Levandovskinin pokeri (4 qol) cavab matçı üçün böyük üstünlük yaratmışdı. Cavab matçında “Real”Madrid 2-0 hesablı ilə qalib gəlsə də, finala adlayan tərəf “Borusia Dortmund”olmuşdu. 

Lakin bu mövsüm “Borusia” keçən ilki qüvvəsində deyil. Çünki heyətin əsas oyunçuları ya transfer olub, ya da zədə səbəbindən uzun bir mövsümdür ki, forma geyinə bilmirlər. Mario Götzenin “Bavariya”ya keçidi, İlkay Gündoğanın və Yakub Blaşikovskinin zədə səbəbindən oynamaması bu dəfəki qarşılaşmada “Real”ı favorit edən amillərdən sayıla bilər. 

Sonda ötən Çempionlar Liqası yarımfinal mərhələsi çərçivəsində bu cütlük arasında oynanılan və "Borusia"nın 4-1 hesabı ilə qalib gəldiyi matçın videosunu təqdim edirik.

2 aprel

Saat 23:45

“Real”Madrid- “Borusia Dortmund”

İqbal