“Qafqazinfo” xəbər verir ki, iki il bundan əvvəl Ukraynanın paytaxtı Kievdə Avro -2012 –nin finalında qarşılaşan bu cütlük yenidən üz-üzə gələcək. 2012-ci ildə İspaniya finalda italyanlara futbol dərsi keçmiş və 4-0 hesablı qələbə əldə etmişdi.
Doğrudur, bugünkü matç yoldaşlıq xarakteri daşıyır və bir o qədər də əhəmiyyətli görünmür. Ancaq İtaliya bu dəfə qalib gəlsə, ən azından əlavə motivasiya əldə etmiş olacaq. Möhtəşəm matç bizim saatla gecə saat 01:00-da başlayacaq.
Tarixə qısaca səyahət etmək üçün 2012-ci il Avropa çempionatının final mərhələsinin videosunu təqdim edirik.
İqbal
Son xəbərlər
Son Xəbərlər