Kokain daşıyan təyyarə Ekvadorda düşdü

kokain-dasiyan-teyyare-ekvadorda-dusdu
Oxunma sayı: 1183

Ekvadorun Manabi əyalətində kokain daşıyan yüngül motorlu təyyarə qəzaya düşüb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, təyyarə xarici qeydiyyata sahib olub. Göyərtəsindəki 2 nəfər isə yaralı halda xəstəxanaya çatdırılıb və polisin müşayiəti altındadırlar. Polisə ifadə verməkdən imtina edən şəxslərin  vətəndaşlıqları hələlik müəyyən olunmayıb.

Qeyd edək ki, qəza zamanı təyyarə alovlandığından kokain də yanıb.