Kokainə görə istefa verdi

kokaine-gore-istefa-verdi
Oxunma sayı: 1144

Colgate-Palmolive şirkətinin direktoru Joao Pedro Reynxard istefa verib.

“Qafqazinfo” xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” yayıb. Buna səbəb isə direktorun kokaindən istifadə və saxlanma maddəsi ilə ittiham olunmasıdır.Top-menecer öz postunu səlahiyyət müddətinin bitməsinə 1 ay qalmış tərk edib.

Qeyd edək ki, Reynxard fevralın 23-ü Kanada kral atlı polisi tərəfindən kokaindən istifadə və saxlanma maddəsi ilə ittiham edilib.

Aysel Kərimova