Kokauri uduzdu, Kindzerska təsəlliverici görüşlərə qatılacaq - Yenilənir

kokauri-uduzdu-kindzerska-teselliverici-goruslere-qatilacaq
Oxunma sayı: 1285

Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatı davam edir. “Qafqazinfo” xəbər verir ki, bu gün Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulub.

Belə ki, İrina Kinderska və Uşangi Kokauri tatamiyə çıxıb.
 
Qadınlar, +78 kq

İrina Kinderska 1/16 finalda mübarizəyə başlayıb. İdmançımız ardıcıl olaraq Tessi Savelkuls (Hollandiya) Şeyx Ruhu Nihelı (Tunis) məğlub edib. Lakin 1/4 finalda braziliyalı Maria Sulen Altemanla bacarmayıb. Kinderska təsəlliverici görüşdə daha bir braziliyalı Bitrayz Souza ilə qarşılaşacaq.
 
Kişilər, +100

Uşangi Kokauri isə çıxışını erkən başa vurub. O, 1/32 finalda avstriyalı Ştefan Hegyiyə ipponla uduzub.
 
Qeyd edək ki, əvvəlki yarış günlərində 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb.