“Kolbasanı yerinə qoy, hər şeyi bağışlayım” - Putin+Video

kolbasani-yerine-qoy-her-seyi-bagislayim
Oxunma sayı: 10173

Rusiya Prezidenti Vladimir Putin Adıgey Respublikasında yerli istehsalçıların kənd təsərrüfatı məhsullarının sərgisində iştirak edib.

“Qafqazinfo” life.ru-ya istinadən xəbər verir ki, Putin sərgidə Cənub Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi Vladimir Ustinovla zarafat edib. Belə ki, Prezident məhsullarla tanışlıq zamanı əlinə kolbasa götürən Ustinova çevrilərək “Kolbasanı yerinə qoy, bütün hər şeyi bağışlayacam” deyib.

Putinin sözləri ziyarətçilərin gülüşünə səbəb olub.