Kollecdə yanğın olub

kollecde-yangin-olub
Oxunma sayı: 754

Astara şəhərində Təhsil Nazirliyinin balansında olan Pedaqoji kollecin həyətyanı sahəsində yanğın olub.

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, həyətdə yerləşən ümumi sahəsi 12 m2 olan qazanxananın içərisində 1 ədəd "ARİSTON" su qızdırıcısı və dam örtüyünün yanar konstruksiyaları yanıb. 

Qazanxananın qalan hissəsi yanğından mühafizə olunub.