Bakıda, Bakıxanov qəsəbəsində yerləşən Bakı Neft-Energetika Kollecində yanğın olub.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Fövqəladə Hallar Nazirliyi məlumatı saytımıza təsdiqləyib. Bildirilib ki, Bakı Neft və Energetika Kollecinin həyətində 300 kv.m. sahədə quru ot sahəsi yanıb: "Yanğın FHN qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb".