Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.
Dövlət İmtahan Mərkəzindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bu gün 09:10-a olan məlumata əsasən ümumilikdə 13191 abituriyent ixtisas seçimi edib.
Qeyd edək ki, müsabiqəyə nəzərdə tutulmuş vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaq.
Son xəbərlər
Son Xəbərlər