ABŞ-ın Kolorado ştatında yerləşən Denver aeroportunda 300-dən çox reys yubanıb.
Bu barədə “Qafqazinfo” CNN telekanalına istinadən xəbər verir.
Buna səbəb hava limanını günlərdir davam edən meşə yanğınlarından gələn qatı tüstünün bürüməsi olub.
Məlumata görə, tüstülənmə 329 reysin gecikməsinə səbəb olub, daha 8-i ləğv edilib. Aeroport nümayəndəsi Aleks Renteria izah edib ki, hazırkı şəraitdə hava limanı administrasiyasına görmə şəraitinə görə təyyarələr arasında intervalları artırmaq lazımdır.
Hazırda ABŞ-ın 13 ştatında 475 hektardan çox ərazidə 80 iri yanğın ocağı var. İlin əvvəlindən ölkədə 1 milyon hektardan çox ərazi yanıb. Daha ağır vəziyyət 18 iri yanğın ocağının qeydə alındığı Montana ştatında müşahidə olunur. Xəsarət alan və ya həlak olanlar barədə məlumat hələlik daxil olmayıb.
Son xəbərlər
Son Xəbərlər