"Qafqazinfo" xəbər verir ki, Kolumbiya Uruqvayla qarşılaşır. Bu matçdan sonra həm ikinci 1/4 finalçının adi, həm də Braziliyanın rəqibi bəlli olacaq. Uruqvayın işi daha çətindir. Çünki əsas heyət üzvlərindən Luis Suarez məlum cəzadan sonra iştirak edə bilmir. Komandaların start heyəti belədir;
Kolumbiya: 1. Ospina, 2. Zapata, 3. Yepes, 7. Armeno, 6. Sançes, 8. Aqillar, 11. Kuadrado, 18. Zuniqa, 9. Qutyerez, 10. Ceyms Rodriqez, 21. Martinez
Uruqvay: 1. F.Muslera, 3. Dieqo Qodin, 6. Alvaro Pereyra, 13. Ximenes, 16. Maksi Pereyra, 22. Martin Kaseres, 7. Kristian Rodriqez, 17. Arevalo, 20. Qonzales, 10. Dieqo Forlan, 21. Edinson Kavani
***
29-cu dəqiqədə Xames Rodrigez mükəmməl zərbə ilə Kolumbiyanı hesabda önə keçirib.
***
49-cu dəqiqədə Xames Rodrigez özünün və komandasının2-ci qolunu vurur. Bu qol gənc futbolçunu hələlik mundialın bombardiri edir. Artıq onun aktivində 5 qol var.
***
Uruqvayı 2-0 hesabı ilə məğlub edən Kolumbiya 1/4 final mərhələsinə yüksəlib. Beləliklə, bu mərhələdə Braziliyanın rəqibi Kolumbiya olub.
İqbal
Son xəbərlər
Son Xəbərlər