Kolumbiya Prezidentinə qarşı sui-qəsd planı hazırlanıb

kolumbiya-prezidentine-qarsi-sui-qesd-plani-hazirlanib
Oxunma sayı: 1144

Kolumbiya hüquq-mühafizə orqanları iki xarici vətəndaşın ölkə Prezidenti İvan Dukeyə qarşı sui-qəsd planı hazırlaması barədə məlumat alıb.  

“Qafqazinfo” bildirir ki, bu barədə Kolumbiyanın “RCN” radiostansiyası xəbər verib.

“Hazırda dövlət orqanları Prezidentin müdafiəsi və onun həyatına hər hansı qəsdlərin neytrallaşdırılması üzrə tədbirlər hazırlayırlar”, - deyə mənbə bildirib. 

Radiostansiyanın məlumatına görə, polis və hərbçilər yüksək hazırlıq vəziyyətinə gətirilib.