Kolumbiya prezidentinin olduğu helikopter atəşə tutuldu - Fotolar

kolumbiya-prezidentinin-oldugu-helikopter-atese-tutuldu
Oxunma sayı: 1411

Kolumbiya Prezidenti İvan Dukenin olduğu helikopter atəşə tutulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Semana” məlumat yayıb.

Bildirilib ki, hücum Dukenin şimal-şərqindəki Katatumbo bölgəsinə səfəri zamanı baş verib.

Hücumda prezident və yanındakıların hər hansı xəsarət almadığı qeyd edilib.

Hücumu həyata keçirənlərin kimlikləri bəlli deyil, onların təsbit edilməsi üçün iş aparılır.