Bu gün dünya çempionatında daha 4 qarşılaşma baş tutacaq. “Qafqazinfo” xəbər verir ki, G və H qruplarında keçiriləcək oyunlarla son 1/8 final cütlərinin adına aydınlıq gələcək.
İlk olaraq H qrupunda Yaponiya Polşa ilə, Seneqal Kolumbiya ilə üz-üzə gələcək. Hər iki matç saat 18:00-da başlayacaq.
Bu qrupda 3 komandanın növbəti mərhələ şansları qalmaqda davam edir. Yaponiya, Seneqal və Kolumbiya 1/8 finala adlaya bilər. Polşa üçün isə hər şey bitib.
Qrupu ən maraqlı oyunu Seneqal və Kolumbiya matçı olacaq. Bu qarşılaşmada qalib gələn komanda növbəti mərhələyə adlayacaq. Heç-heçə təqdirində də hər iki komanda son 16 komanda arasına qala bilər. Amma bu Yaponiya – Polşa oyununun nəticəsindən asılı olacaq.
Yaponiyaya isə Polşa ilə matçda 1 xal bəs edir. Hələlik qrup lideri olan asiyalılar heç-heçə ilə 1/8-də olacaqlar.
Dünya çempionatı, 2018
3-cü tur
H qrupu
18:00. Yaponiya – Polşa
18:00. Seneqal – Kolumbiya
***
Matçlar başladı
***
Matçlarda fasilə yarandı. Heç bir oyunda hesab açılmayıb.
***
Bednarek 60-cı dəqiqədə Polşanın qolunu vurur. Yaponiya - Polşa 0:1
***
Kolumbiya hesabı açır. 74-cü dəqiqədə Yerri Mina fərqlənir. Seneqal - Kolumbiya 0:1










.jpg)















Son xəbərlər
Son Xəbərlər