Kolumbiya-Venesuela sərhədində partlayış - 12 ölü, 10 yaralı

kolumbiya-venesuela-serhedinde-partlayis
Oxunma sayı: 713

Kolumbiya ilə Venesuela sərhədində yerləşən kənddə baş vermiş partlayışlar nəticəsində 12 nəfər həlak olub, 10 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə "El Tiempo" qəzeti xəbər verib.

Hadisə Kolumbiyanın Norte-de-Santander departamenti ilə sərhəddəki Boka-de-Qrita kəndində qeydə alınıb.

Kolumbiyanın hüquq-mühafizə orqanları partlayışı törətməkdə şübhəli bilinən iki nəfəri saxlayıb.