Kolumbiyada 10 yaraqlı öldürüldü

kolumbiyada-10-yaraqli-olduruldu
Oxunma sayı: 992

Kolumbiyanın şərqində keçmiş Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARC) üzvlərinə qarşı əməliyyat keçirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ordunun keçirdiyi əməliyyatda 10 yaraqlı zərərsizləşdirilib.

Bildirilib ki, bir müddətdir silahlı qüvvələri olan təşkilata qarşı havadan hücum təşkil edilib.

Bombardmanda ölənlər arasında FARC rəhbərliyindən iki nəfərin də olduğu deyilir.

Düşərgədə cəbbəxana ələ keçirilib.