Kolumbiyada 150 nəfərlik turist gəmisi batıb - Ölənlər var

kolumbiyada-150-neferlik-turist-gemisi-batib
Oxunma sayı: 761

Kolumbiyada ötən gün göyərtəsində 150 turist olan gəzinti gəmisi batıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, axtarış-xilasetmə tədbirlərinə hərbçilər də cəlb edilib, hadisə baş verən əraziyə təyyarə göndərilib. 

On nəfərin öldüyü, 28 nəfərin isə itkin düşdüyü açıqlanıb. 

***

Qəza baş verən əraziyə gedən Kolumbiya prezidenti Juan Manuel Santos 6 nəfərin öldüyünü, 120 nəfərin xilas edildiyini, 31-nin isə axtarışının davam etdirildiyini açıqlayıb.