Kolumbiyada 2 tabutda 300 kiloqram marixuana keçirmək istədilər - Video

kolumbiyada-2-tabutda-300-kiloqram-marixuana-kecirmek-istediler
Oxunma sayı: 1031

Kolumbiyada 2 tabutda 300 kiloqram marixuana keçirmək istəyən narkotacirlər polis tərəfindən saxlanılıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, şübhəli avtomobil patrul maşınının diqqətini cəlb edib. Nəqliyyat vasitəsində iki tabut aşkarlanıb.

Sürücü həbs edilib, yük müsadirə olunub.

Narkotacirlərin saxlanılma anının videosunu “Voice of America” portalı yayımlayıb.