Kolumbiyada aksiyalarda ölənlər və yaralananlar var - Fotolar

Kolumbiyada aksiyalarda ölənlər və yaralananlar var
Oxunma sayı: 806

Kolumbiyada dünəndən hökumət əleyhinə başlayan tətillər davam edir.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, aksiyalar zamanı 3 nəfər ölüb, 122 nəfər yaralanıb, 98 nəfər isə saxlanılıb. Paytaxt Boqotoda prezident İvan Duke Markes əleyhinə keçirilən mitinqlərə müxtəlif peşə sahələrindən olan insanlar, o cümlədən tələbələr qatılıb.

Tətillər səbəbindən quru və dəniz sərhədi müvəqqəti olaraq bağlanmışdı.

Qeyd edək ki, Kolumbiyada başlayan tətillər 1977-ci ildən indiyədək ən genişmiqyaslı aksiya hesab olunur.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi