Kolumbiyada avtobus dərəyə aşdı, ölənlər var

kolumbiyada-avtobus-dereye-asdi-olenler-var
Oxunma sayı: 671

Kolumbiyada avtobus dərəyə yuvarlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Tolima bölgəsinin Çaparral qəsəbəsindən İbaque şəhərinə gedən avtobus dərəyə aşıb.

Qəzada altı sərnişin həyatını itirib, doqquzu uşaq olmaqla, 24 nəfər yaralanıb.

Yaralılar bölgədəki xəstəxanalara yerləşdirilib. Faktla bağlı istintaq başlayıb.