Kolumbiyada avtobus uçuruma düşüb, 13 ölü

kolumbiyada-avtobus-ucuruma-dusub-13-olu
Oxunma sayı: 647

Kolumbiyada avtobusun uçuruma düşməsi nəticəsində azı 13 nəfər ölüb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yerli yol polisi rəisinin sözlərinə görə, qəza baş verən yol 66 metr yüksəklikdədir və “Şeytanın burnu” kimi tanınır. 

Qəzaya torpaq sürüşməsinin səbəb olduğu bildirilir. Hadisə yerində axtarış-xilasetmə tədbirləri davam etdirilir.