Kolumbiyada etirazlarda 40-dan çox insan həlak olub

kolumbiyada-etirazlarda-40-dan-cox-insan-helak-olub
Oxunma sayı: 1101

Kolumbiyada vergi islahatlarına qarşı aprelin 28-dən səngiməyən etiraz aksiyalarında həlak olanların sayı 40-ı ötüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Efe Eme” radiostansiyası ölkənin Ombudsman Aparatına istinadən bildirib.

Məlumata əsasən, aprelin 28-dən mayın 11-dək 42 nəfər, o cümlədən 1 polis həlak olub. Bununla yanaşı, 168 nəfər itkin düşmüş hesab olunur.  

Aprelin 28-dən Kolumbiyada vergi islahatlarına qarşı nümayişlər keçirilir. İğtişaşlar Kali, Boqota, Medellin və digər şəhərlərdə baş verib. 1 000-dən çox insan xəsarət alıb. Daha sonra hökumət islahat planlarında dəyişiklik etməyə razılaşıb, maliyyə və dövlət kreditləri naziri Alberto Karraskilya istefa verib, lakin etirazlar davam edib.