Kolumbiyada güclü zəlzələ

kolumbiyada-guclu-zelzele
Oxunma sayı: 978

Cümə günü Kolumbiyanın qərbində 5,1 maqnitudalı zəlzələ olub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Mərkəzi bildirib.

Onun məlumatına görə, zəlzələ yerli vaxtla saat 17:44-də (Bakı vaxtı ilə şənbə günü saat 02:44-də-red.) 29 minə yaxın əhalisi olan Riosusio bələdiyyəsinin ərazisində baş verib. Yeraltı təkanların ocağı 30 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.