Kolumbiyada rekord göstərici

kolumbiyada-rekord-gosterici
Oxunma sayı: 2002

Kolumbiyada son sutka ərzində koronavirusa yoluxanların sayı rekord sayda – 30 000 nəfər artıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək ölkədə qeydə alınan ən yüksək göstərici olub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Kolumbiyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə koronavirus xəstələrinin sayı 3 518 046-ya çatıb.

Daha əvvəlki anti-rekord bir gün əvvəl qeydə alınmışdı - 28 624 yoluxma halı.  

Son sutka ərzində 537 nəfər COVID-19-un qurbanı olub (ümumi 90 890). Bundan başqa, indiyədək 3 267 100 xəstə sağalıb.

Qeyd edək ki, Kolumbiyada COVID-19-a ilk yoluxma halı 2020-ci il martın 6-da qeydə alınıb.