Kolumbiyanın Putumayo departamentində baş verən təbii fəlakət nəticəsində ölənlərin sayı artıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
İlkin məlumata görə, sel qurbanlarının sayı 112-yə çatıb. Çoxlu sayda insan itkin düşüb.
“El Heraldo” portalının “Qırmızı Xaç”a istinadən məlumatına görə, 180 nəfər yaralanıb, 200 nəfər isə itkin düşüb.
Faciəyə səbəb güclü yağışlar nəticəsində Mokoa çayının mərcarısdan çıxması olub. 45 min insan elektriksiz qalıb. 17 rayon xəsarət çəkib. Ölkə başçısı Xuana Manuel Santos hadisə yerinə gedib.




Son xəbərlər
Son Xəbərlər