Kolumbiyada sel nəticəsində ölənlərin sayı 320-yə çatıb

kolumbiyada-sel-neticesinde-olenlerin-sayi-320-ye-catib
Oxunma sayı: 728

Kolumbiyada təbii fəlakət nəticəsində ölənlərin sayı artıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, sel nəticəsində ölənlərin sayı 320 nəfərə çatıb.

Qəza Riskləri Milli İdarəsinin məlumatına əsasən ölənlərdən 118-i uşaqdır. Daha 332 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, aprelin 1-də güclü leysan yağışlar nəticəsində Mokoa çayı məcrasından çıxıb və eyni adlı şəhərdə sel axını yaradıb.

Hazırda şəhərin dağıntılardan və palçıqdan təmizlənməsi üzrə işlər davam etdirilir.