ABŞ-da keçirilən Amerika Kubokunda daha bir yarımfinalçının adına aydınlıq gəlib.
"Qafqazinfo" xəbər verir ki, bu gün səhər 1/4 final mərhələsinin ikinci qarşılaşmasında Perunu məğlub edən Kolumbiya yığması yarımfinala adlayıb.
Bununla da kolumbiyalılar 12 il sonra ilk dəfə yarımfinala çıxıb. Sonuncu dəfə 2004-cü ildə bu uğura imza atan Kolumbiya yığması 12 il idi ki, 4 ən güclü sırasına düşə bilmirdi.
Amerika Kuboku-2016
1/4 final mərhələsi
Peru – Kolumbiya – 0:0
Penaltilərlə 2:4
Son xəbərlər
Son Xəbərlər