Kolxaze dünyasını dəyişdi

kolxaze-dunyasini-deyisdi
Oxunma sayı: 3479

Belçika əsilli alman ssenaristi və rejissoru Volfqanq Kolxaze 92 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun fəxri üzvü olduğu Almaniya Kino Akademiyası məlumat yayıb.

O, “Sanni Solo” dramının rejissoru kimi məşhurdur. Daha çox ssenariləri ilə yadda qalan Kolxaze “Fars dərsləri”, “Mənim on doqquz yaşım var idi” və “Ritanın əfsanələri” kimi filmlər üzərində işləyib.

Kolxaze San Sebastian və Berlin film festivallarında mükafatlar qazanıb, həmçinin Avropa Film Akademiyası Mükafatına namizəd olub. 2010-cu ildə kinoya verdiyi töhfəyə görə Berlinaledən fəxri Qızıl Ayı alıb.