Komada olan şahzadə 14 il sonra hərəkət etdi - Video

komada-olan-sahzade-14-il-sonra-hereket-etdi
Oxunma sayı: 4144

Komada olan Səudiyyə Ərəbistanı şahzadəsi Xalid Bin Talal 14 il sonra ilk dəfə hərəkət edib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, 2005-ci ildə yol qəzasına düşən Talal əmisi qızı, şahzadə Rima bint Talalın onu ziyarət etdiyi gün başını tərpədib. Rima Xalidin görüntüsünü paylaşaraq sevincini sosial şəbəkə izləyiciləri ilə bölüşüb. 

Xatırladaq ki, kral ailəsi 14 ildir Xalid Bin Talalın süni nəfəs aparatından ayrılmasına razı olmur.