Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Sumqayıt" görüşündən sonra qonaqların baş məşqçisi Samir Abbasov mətbuat konfransı keçirib.
“Qafqazinfo” xəbər verir ki, meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatan matçdan sonra mütəxəssis təkrar oyun öncəsi şanslarının qaldığını bildirib.
- "Qarabağ" istənilən komanda üçün çətin rəqibdi. Əfsuslar olsun ki, 2 top buraxdıq. Azından heç-heçəylə qayıtmaq istəyirdik. 0:2 məğlub olsaq da, yarımfinala çıxmaq şanslarımız qalır.
- Baş məşqçi postuna təyinatınızdan sonra komanda baxımlı futbol sərgiləməyə başlamışdı. Ancaq qış fasiləsindən sonra məğlubiyyətlər bir yana, həmin qığılcımı görmürük...
- Razılaşıram. Səbəbini bilmirəm. Qışda bir neçə transfer etdik. Ümid edirdik ki, komandanı gücləndirəcəklər. Təəssüf ki, komanda güclənmək əvəzinə, zəiflədi.
- Oyundan sonra hakimlərə etiraz edirdiniz...
- Qapımıza təyin etdiyi penaltiylə işim yox. Amma analoji epizod rəqibin qapısı ağzında da yaşandı, buna reaksiya vermədilər.
Son xəbərlər
Son Xəbərlər