Formula 1-də sıralanma turunun formatına həsr olunmuş görüş bazar günü baş tutacaq.
“Qafqazinfo” f-1.az-a istinadən xəbər verir ki, komanda rəhbərləri yeni sıralanma turu formatına görə Bəhreyndə FOM və FİA rəhbərliyi ilə görüşəcəklər.
Bu barədə “Mercedes Motorsports”un başçısı Toto Volff xəbər verib: “Şənbə gününün Melburndakından fərqli olacağını düşünmürəm. Bazar günü təşkil olunacaq yığıncaqda bu məsələ bir daha müzakirə olunacaq. Formatın dəyişdirilib-dəyişdirilməyəcəyi ondan sonra bilinəcək”.
Xatırladaq ki, Avstraliyada da yığıncaq təşkil olunmuş, amma komandalar formatın dəyişdirilməsinə nail ola bilməmişdilər.
Son xəbərlər
Son Xəbərlər