“Qafqazinfo”ya daxil olan məlumatada bildirilir ki, Ümid partiyasında Beynəlxalq şöbənin işə başlaması partiyanın beynəlxalq təşkilatlar, səfirliklər, Azərbaycanda marağı olan xaricdə fəaliyyət göstərən, fondlar, QHT-lərlə ciddi əlaqələrin yaradılmasına, əməkdaşlıqların irəli sürülməsinə atılan addımdır: “ Partiyamız ölkəmizin imkanlarına uyğun, coğrafi və tranzit şərtlərinə söykənən, yeraltı və yerüstü sərvətlərinə bərabər bir xarici siyasət sərgiləməyə doğru yönəlmiş addımlar atır. Beynəlxalq arenada partiyamızın tanınması üçün qarşımızda duran əsas məqsədlər əməkdaşlıq üçün öncəliklə partiyanın saytı, ümumi partiya haqda, partiya sədri, müavinlər, şöbə müdirləri haqda ən azı 3 dildə internetdə bilgilər verilməsidir. Saytımızda partiya haqda, Ümid Partiyası sədrinin, rəhbərlikdə çalışanların ictimai-siyasi, cari məsələlərə bildirdikləri münasibət, bizimlə əlaqə yaratmaq istəyən insanlarla daha yaxından ünsiyyət qura bilmə imkanları olacaq. Maraqlananlar saytdan hər həftə partiyanın dünyada və ölkədə baş verənlərin müzakirəsi, mövzular, gündəlik cari məsələlərlə bağlı məlumatlarla yaxından tanış olacaq. Şöbəmizin Partiya yönündə məqsədi həmçinin Qafqaz ölkələri, Amerika Birləşmiş Ştatları, Türkiyə ilə münasibətlərdə, Norveç, İsveç, İsveçrə, Böyük Britaniya, İtaliya, İspaniya, Ukrayna, Moldova və Belarusiyada sabit və davamlı müttəfiqlik imici yaratmaq, Avropa Birliyinin yaxın qonşuluq və şərq tərəfdaşlığı çərçivəsində əməkdaşlığı prioritet seçməyimizi xüsusi diqqətə çatdırmaqdır. Bununla yanaşı məktubların, partiyanın informasiya bankının müxtəlif dillərə tərcüməsi, xarici partiyalar, təşkilatlar, millət vəkilləri, senatorlar, konqresmenlərlə birbaşa əlaqə yaradıb fəaliyyətimiz barədə məlumat vermək üçün bu kimi işləri görməyi qarşımıza məqsəd qoymuşuq. Partiya olaraq xarici siyasəti, səhiyyəni, təhsil, ordu, məhkəmə, gənclər və idman, hüquq və azadlıqlar, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, ailə, qadın, uşaq problemlərinin həlli yönündə baxışları xarici ölkələrlə əməkdaşlıqda qeyd olunmalıdır. İnkişafımıza, yeni insan yetişdirməyə, sağlam cəmiyyət qurmağa maneə olan problemləri aradan qaldırmaq, ölkəmizi şəffaf və açıq cəmiyyətə çevirmək bizim başlıca amalımız, onun inkişaf etdirilərək dünyada öz yerini tutması əsas vəzifəmizdir.
Biz bir partiya olaraq fərdi deyil, komanda şəklində iş görürük və görəcəyik. Qarşımızda ciddi işlər bizi gözləyir. Partiyamızın planında beynəlxalq konfranslar təşkil etmək, siyasətdə və ictimai düşüncədə birlik olmamızı nümayiş etdirərək, vətən, millət üçün xeyirli işlər görmək niyyətindəyik. Partiyamıza, dövlətimiz, vətənə, millətə xeyirli olsun”.
Son xəbərlər
Son Xəbərlər