Komanda yoldaşının Messini geri qaytaran məktubu - Fotolar

komanda-yoldasinin-messini-geri-qaytaran-mektubu
Oxunma sayı: 2683

Argentina yığmasının dünya çempionatının qrup mərhələsində lider olub 1/8 finala çıxmasından sonra Lionel Messinin 2016-cı ilə yığma karyerasını bitirmək məsələsi yenidən gündəmə gəlib. “Qafqazinfo” xəbər verir ki, Amerika Kubokundakı uğursuzluqdan sonra milli formanı bir daha geyməyəcəyini bildirən superulduzu daha sonra komanda yoldaşları fikrindən döndərə bilib. 

Həmin vaxt ona yığmaya yenidən dönməsi üçün mesaj yazan futbolçulardan biri də hazırda komanda yoldaşı olan, həmin vaxt millidə çıxış etməyən Entso Fernandes olub. 

Argentinanın ötən gün Polşa üzərində 2:0 hesablı qələbəsindən sonra Entsonun Messiyə yazdığı məktub üzə çıxıb:

“Sizin fikrinizi dəyişməyiniz üçün biz nə edə bilərik? Biz adi insanlarıq, biz bu həyatda sizin üzərinizdə hiss etdiyiniz təzyiqin cəmi bir faizini belə hiss etməmişik. Siz səhər tezdən yuxudan durursuz, güzgüyə baxırsız və anlayırsız ki, 40 milyonluq bir kütlə sizdən ideal olmağı tələb edir. Hansısa ağılasığmaz səbəbdən onlarda elə bir təsəvvür yaranıb ki, onlar bunu tələb edə bilərlər.

Axı biz sizin qərarınızı dəyişməyə necə məcbur edə bilərik? Əgər biz hələ dərk etmək istəmirik ki, sizdə bizim kimi insansız. Bəli təkrarolunmaz bir istedada sahib, amma yenə də sadə insan. Biz hələ dərk edə bilmirik ki, siz bizi əhatə edən qəzəbdə günahkar deyilsiz. Bu sadəcə bizim puç olan gözləntilərimizi əks etdirir. 

Biz özümüzə bir sualı verməliyik. Özümüzdən tanımadığımız bir oğlandan tələb etdiyimizin bir faizini tələb edirikmi? Axı bütün dünyanın sizə Argentina himnini oxuyub, bizim formamızn rəngləri üçün vuruşub, tənqid eşitməkdənsə, çimərlik də dincələ bilərsən dediyi bir məqamda, sizin qərarınızı dəyişməyinizə necə inandıra bilərik? 

Əlbəttə ki, siz istədiyiniz qərarı verə bilərsiz, amma xahiş edirəm bir daha düşünün. Bunu insanların sizdən oğurladığı oyundan zövq almaq hissini qaytarmaq üçün edin. Bu inanılmaz təzyiq oyunun əsas hissəsindən bizi məhrum edir. 

Uşaq ikən siz yəqin ki, milli komandanın şərəfini qorumağı arzu etmisiz. Biz sizi ağ-mavi formada görərkən inanılmaz qürur hissi keçiririk. Bu zaman oyundan zövq almaq üçün oynayın, sizi meydanda oyundan həzz alanda bizə inanılmaz sevinc hissi bəxş edirsiz”.

Entso Fernandes Meksika ilə oyunda meydana sonrada daxil olub Leo Messinin ötürməsindən qol vurub. Ötən gün Polşaya qarşı oyunda isə əsas heyətdə meydana çıxıb 78 dəqiqə Leo ilə çiyin-çiyinə mübarizə aparıb.