“Komandalar 10 gün әvvәldәn gәlәcәklәr” - Baş katib

komandalar-10-gun-vvldn-glcklr
Oxunma sayı: 1000

Bu gün 17 yaşadək futbolçular arasında Avropa Çempionatının ölkəmizdə keçiriləcək final mərhələsinin püşkü atılıb. 

"Qafqazinfo" xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən tədbirdən sonra AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb:

- Ümumiyyətlə, püşkatma yaxşı keçdi. Çox sevindirici haldır ki, bunu canlı göstərmək imkanımız da oldu. Komandalara gəlincə, yəqin ki, bu barədə komandamızın baş məşqçisi Təbriz müəllim (Red: Həsənov) daha dəqiq deyə bilər. Təbii ki, 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə ancaq güclü komandalar vəsiqə qazanır. 15 dənə Avropanın ən güclü komandasıdır. Bildiyiniz kimi, 1 il bundan qabaq başlayan seçmə mərhələ prosesi bu komandaları müəyyən etdi. Biz də ev sahibi olaraq, burada iştirak edirik. Ona görə başqa komandalar düşsə də, eyni sözü deyərdik. Təbii ki, qrupumuza baxanda Portuqaliya yığması çox güclü rəqibdir. Çünki bildiyiniz kimi, bu komanda final mərhələsinə birinci vəsiqə qazandı. Bu da bütün suallara cavab verir. Belçika komandası da tarixində bir neçə dəfə final mərhələsində iştirak edib. Şotlandiya da ilk dəfədir.

- Federasiya milli komandamızın qarşısına hansı vəzifələri qoyub, hədəf nədir?

- Təbii ki, ilk hədəfimiz qrupdan çıxmaqdır. Növbəti mərhələyə vəsiqə qaznmaq. Növbəti 3 oyunda bizim, komandamızın məqsədi bu olmalıdır.

- Oyunları başqa hansı kanallar canlı yayımlayacaq?

- Yox, hələlik danışıqlar gedir. Dəqiq deyə bilərəm ki, oyunların 50 faizi "Eurosport" kanalından da canlı yayımlanacaq.

- Turnir başlayana qədər yığmamızın yoxlama oyun keçirməsi gözlənilirmi, hansısa rəqiblərlə danışıqlar gedirmi?

- Püşkatmanın nəticəsini gözləyirdik. Bundan sonra bəzi komandalar 10 gün əvvəldən gələcəklər. Təbii ki, onlardan biri ilə iki yoldaşlıq oyunu keçirəcəyik.