Albaniyanın “Kukesi” klubunun baş məşqçisi Armando Kunqu Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la cavab oyunundan sonra mətbuat konfransı keçirib.
“Qafqazinfo” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında jurnalistlər qarşısına çıxan 45 yaşlı albaniyalı mütəxəssis 0:3 hesabıyla uduzaraq mübarizəni dayandırdıqları qarşılaşma haqda danışıb.
- Böyük hesablı məğlubiyyətdə həlledici nə oldu? “Qarabağ”ın hücumçusu Emeqaranın ustalıq səviyyəsi, yoxsa..?
- Rəqibdə hər hansı futbolçunu fərqləndirməzdim. Xüsusilə də Emeqaranı. Etiraf etmək lazımdır ki, komandalar arasında səviyyə fərqi böyükdür. “Qarabağ”da yüksək səviyyəli futbolçular çoxdur. Bu gün “Qarabağ” komanda şəklində qalib gəldi, lakin bir futbolçunun ustalığı ilə yox.
- Mübarizəni Avropa Liqasında davam etdirəcəksiniz. Bu turnirdə nəyə ümid edirsiniz?
- Bunun üçün rəqibimizin kimliyini bilməliyik. Bundan başqa daha bir problemimiz var. Çünki hələ sabah yola düşəcəyik. Həmin matça hazırlaşmağa az vaxtımız olacaq. Buna görə də Avroliqa haqda indi bir şeyə deyə bilmərəm.
Son xəbərlər
Son Xəbərlər