Komandalar Bakıya nə vaxt gələcək?

komandalar-bakiya-ne-vaxt-gelecek
Oxunma sayı: 1635

Bakıda ilk dəfə keçiriləcək “Formula-1” Avropa Qran-prisinə qatılacaq texniki heyətlərin və pilotların ölkəmizə gələcəyi vaxt dəqiqləşib.

Qafqazinfo xəbər verir ki, komandalar iyunun 14-dən etibarən paytaxtımıza təşrif buyuracaqlar.

Buna səbəb onların iyunun 10-12-də Kanada Qran-prisinə qatılmalarıdır. Monrealdan Bakıya gələcək komandalar yarış bitdikdən dərhal sonra isə ölkəmizdən ayrılacaqlar. Çünki Avropa Qran-prisinin ardınca onlar Avstriyadakı mərhələdə sürətlərini yoxlayacaqlar.

Qeyd edək ki, Bakıdakı yarış iyunun 17-19-da olacaq.