“Komandamda olsaydı, onu hər gün döyərdim” - Ançelotti

komandamda-olsaydi-onu-her-gun-doyerdim
Oxunma sayı: 5606

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Milan”ın portuqaliyalı futbolçusu Rafael Leao haqqında danışıb. 

“Qafqazinfo” xəbər verir ki, o, portuqaliyalı oyunçunu bəzən vurmaq lazım olduğunu bildirib:

“Leaonun böyük istedadı var. Amma bəzən onu vurmaq lazımdır. Əgər, Rafael mənim komandamda olsaydı, hər gün onu döyərdim”.