“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Naxçıvanda baş tutan final qarşılaşmasından sonra jurnalistlərin suallarını cavalandırıb.
"Qafqazinfo" baş məşqçinin qısa müsahibəsini təqdim edir:
- “Qarabağ” rəhbərlərini, futbolçularını yenidən təbrik edirəm. Hər şey qanunauyğun idi. Onlar haqlı qələbə qazandılar.
- Tellur Mütəllimovun zədəsi matç üçün həlledici rol oynadı?
- Bu sualı cavablandırmaq üçün situasiyanı yenidən yaşamaq lazımdır. Düşünmürəm ki, bu amil təsir etdi. Təbii ki, bu bizim üçün mənfi idi. Ancaq nəyin necə olacağını heç kim bilmir.
- Komandanın oyunu tam alınmadı. Problem nədədi sizcə, fiziki yorğunluq?
- Fiziki yorğunluğu deməzdim. Düşünürəm ki, qələbə əzmi, ehtirası yox idi.
- “Qəbələ” “Qarabağ”dan nədə geridə qalır?
- Bütün mövsümün analizini edə bilmərik. Mən sadəcə oyunda nələrin çatışmadıqlarını dedim. Hal-hazırda bu haqda danışmaq zamanı deyil.
- Meydan amili oyuna təsir etdimi?
- Mən oyundan başqa amildən danışmaq istəmirəm. Çünki rəqiblə eyni şərtlər altında idik. Hər vəziyyətdən çıxış yolu tapmaq lazımdır. “Qarabağ” bu amilə görə bizi üstələdi.
Son xəbərlər
Son Xəbərlər