"Qafqazinfo" xəbər verir ki, kişilər və qadınlar arasında mürəkkəblik və sürət üzrə keçirilən çempionat üç gün davam edib. Yarışlarda Azərbaycan Milli yığma komandasının tərkibində FAİREX-in idmançılarından ibarət 4 nəfərlik nümayəndə heyəti - Qalib Şıxrəhimov, Rinat Rəhimxanov, Ramay Rəhimxanov və Reyhan Məmmədova iştirak edib. Buzadırmanma üzrə Avropa Çempionatının nəticələrinə görə komandalararası yarışda FAİREX-in idmançılarından təşkil olunmuş Azərbaycan Milli yığma komandası 3-cü yeri tutub.
Qeyd edək ki, Azərbaycan Milli yığma komandası ilk dəfə olaraq Avropa Çempionatında yüksək nəticə əldə edib.
Son xəbərlər
Son Xəbərlər