Komandamız beynəlxalq zorxana turnirində birinci oldu

komandamiz-beynelxalq-zorxana-turnirinde-birinci-oldu-
Oxunma sayı: 769

Trend xəbər verir ki, ikinci və üçüncü yerlərə müvafiq olaraq 142 və 102 xalla İraq və Belarus yığmaları sahib oldular. Dördüncü yeri 94 xalla Ukrayna, beşinci yeri isə 83 xalla İran komandası qazanıb.

9-11 dekabr tarixində keçirilmiş turnirə dünyanın 14 ölkəsindən - Keniya, Zimbabve, Rusiya, Uqanda, Danimarka, Gürcüstan, Tacikistan və Türkiyədən 100 idmançı qoşulub.

Zorxana güləş növü üzrə ilk beynəlxalq yarışma 2009-cu ildə Bakıda keçirilib.