“Komandamız həddindən artıq yorğundur” - Rəşad Sadıqov

komandamiz-heddinden-artiq-yorgundur
Oxunma sayı: 1514

“Oyun gərgin keçdi. Qələbə qazanmaq istəyirdik. 3 xalın bizim üçün çox vacib olduğunu bilirdik. Amma alınmadı".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 26-cı turunda evdə “Qəbələ” ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, qolsuz başa çatan matçı belə şərh edib: 

“Bəzi qol epizodlarımız oldu, ancaq rəqibin də şansları var idi. Şükürlər olsun ki, bundan istifadə edə bilmədilər. Komandamız həddindən artıq yorğundur. Bunu artıq 10-cu dəqiqədən hiss etmək olurdu. Sıx qrafiklə oynamaq çətindir. Buna geniş heyət lazımdır. Bəzi dəyişikliklər effekt versə də, qol vura bilmədik. Əlimizdən gələni edəcəyik ki, qarşıdakı iki turda yaxşı nəticə qazanaq”.