Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 10 metr məsafədən pnevmatik tapança ilə atəş üzrə qarışıq komanda yarışında Azərbaycan qızıl medal qazanıb.
“Qafqazinfo”nun məlumatına görə, Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət komandamız finalda Oman yığmasına qalib gəlib.
Üçüncü yeri İranın birinci komandası tutub.
Son xəbərlər
Son Xəbərlər